Körpənin döyüldüyü iddia edilən sığınacaqdan AÇIQLAMA - YENİLƏNİB + VİDEO

GÜNDƏM 20.12.2022 1274

“Sevgi” Uşaq Sığınacağında çalışan, adını demək istəməyən xanım, orada saxlanılan körpəyə əziyyət edildiyi və onun adından pul yığılması ilə bağlı yayılan iddalara cavab verib.

“Heç bir iddia düzgün deyil. O uşaq anadangəlmə xəstədir. Heç kim o uşağı vura bilməz”, - deyə sığınacaqdakı qadın bildirib.

O, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin bu iddiaları uydurduğunu bildirib:

“Biz o uşağın adından yalandan pul yığmırıq. Kəmalə sözügedən bu körpəni xəstədir deyə, öz sığınacağına götürmədi”.

Daha ətraflı Baku TV-nin süjetində:

12:56

“Sevgi” Uşaq Sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşılıb. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi “Sevgi” Uşaq Sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir.

O bildirib ki, bir neçə dəfə aidiyyəti qurumlara müraciət edib, lakin hələ araşdırma aparıldığı, istintaq prosesinin davam etdiyi söylənilib:

“Əzizlərim, gözləyirik? “Totu” ləqəbli uşaq isə ölür! İki il ərzində, görün, uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib deyə soruşdunuzmu? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Yalvarıram sizə, qurtarın bu uşağı! Uşaq o qadının əlindən alınmalı, məhkəmə ilə qadının fəaliyyəti məhdudlaşdırılmalıdır!” - K.Ağazadə yazıb.

Videoda körpənin gözlərini bir nöqtəyə zilləyərək hərəkətsiz dayandığı, yalnız ağzına qoyulan yeməyi çətinliklə çeynədiyi görünür.

DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırma aparılıb:

“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top