Laçın yolunda aksiya: Zəng kimin üçün çalınır? - VİDEO

GÜNDƏM 20.12.2022 1147

Artıq xeyli müddətdir ki, bilavasitə Azərbaycan və Ermənistanla yanaşı, region ölkələrinin də diqqəti Şuşa-Laçın-Xankəndi avtomobil yolundakı bir məntəqəyə yönəlib. Burada ekofəallar ümumi təbiətimizin çirkləndirilməsinə son qoyulması tələbilə müddətsiz aksiya keçirirlər.

Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində bildirilir.

“Azərbaycan ərazisinin bu hissəsində baş verənlər xalqımızın səbr kasasını daşdıran son damlanın təzahürüdür. Etirazın keçirildiyi ərazi isə xəstə şəxsin bədənindəki ağrılı nöqtəni xatırladır... Aksiyanın səbəbi isə hamıya yaxşı məlumdur. Bu, təkcə ətraf mühütin çirklənməsilə deyil, həm də Azərbaycanın təbii sərvətlərinin talanması yolu ilə bizə dost olmayanların varlanması və xalqımızın gələcək nəsillərinə qarşı soyğunçuluqla nəticələnən mədənlərin qanunsuz istismarıdır”, - deyə videomaterialda bildirilir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top