BDU-nun korpusu təmirə bağlanır?

GÜNDƏM 16.12.2022 1650

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunun təmirə bağlanacağı barədə məlumat yayılıb. 

Baku.ws xəbər verir ki, 2-ci korpusun təmirlə əlaqədar bir semestrlik bağlanacağı deyilir. 

İddialara görə, bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələri tədrislərini Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurs tələbələri isə Təfəkkür Universitetində davam etdirəcəklər.  

Məsələ ilə bağlı universitetlə əlaqə saxlanılıb. Təhsil ocağının mətbuat xidmətindən bildirildi ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top