Rafiq Cəlilov şəhid Bilal Rzayevin ailəsinə baş çəkib-FOTO

CƏMİYYƏT 16.12.2022 1810
Saat24.Az-ın məlumatına görə,Dekabrın 15-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhid olmuş Bilal Rzayevin ailəsinə baş çəkib. Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı vermiş, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqlarından  bəhs etmişdir. 
Görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Bilal Rzayevin həyatı, döyüş yolu barədə söhbət açılmışdır.  
Bilal Novruz oğlu Rzayev 1997-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Bilal Rzayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib, Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və 24 noyabr 2020-ci il tarixdə Alar kənd qəbiristanlığında dəfn olunub.
Şəhidimiz Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, "Qubadlının azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.
XƏBƏR LENTİ
17.04.2024 3197

DİGƏR XƏBƏRLƏR

Loading
Top