Avropa.info xəbər portalının 9 yaşı tamam olur

Sadə xəbər
GÜNDƏM 07.06.2021 1999

Bu gün Avropa.info xəbər agentliyinin fəaliyyətə başlamasının 9 ili tamam olur. 

Saat24.Az xəbər verir ki, Avropa.info portalı 2012-ci ildə yaradılıb. Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

 Avropa.info Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

 

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Avropa.info xəbər agentliyinin  direktoru Ruslan Bəşirli, baş redaktoru Rəsul Mirhəşimlıdir.

İnformasiya portalının  direktoru Ruslan Bəşirli 9 yaşı tamam olan Avropa.info  informasiya portalı ilə bağlı fikirlərini müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Bu gün Avropa.info saytının 9 yaşı tamam olur.9 yaş Azərbaycan reallığında az yaş deyil. Bu illər ərzində nəyə nail olmuşuq,ya da olmamisiqsa buna yalnız oxucu qiymət verə bilər. Bizə düşən daha da məsuliyyətlə çalışmaq, çalışmaq və yenə də çalışmaqdır. Dəyərli oxucularımıza bizi seçdikləri üçün təşəkkür edirəm. Saytın qurulması və inkişafında lap başından bizimlə bir yerdə olan Rəsul Mirhəşimli abimizi, saytın əməkdaşlarını, bizimlə keçmişdə çalışmış dostlarımızı, bizi sevənləri təbrik edirəm.

Həmçinin portalın baş redaktoru Rəsul Mirhəşimli də 9 yaşı tamam olan Avropa.info  informasiya portalı ilə bağlı fikirlərini müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Bu gün Avropa.info xəbər portalının fəaliyyətə başlamasından 9 il ötür. Mətbuatda 28 illik jurnalistlik stajımın doqquz ili bu saytda baş redaktor işləməklə bağlıdır. Onu da qeyd edim ki, bir mətbuat orqanında ən çox işlədiyim media qurumu da məhz Avropa.info ilə olub. Bu illər ərzində saytın direktoru tələbə yoldaşım və dostum Ruslan Bəşirli, saytın kollektivi ilə nəyə nail olmuşuq, onu oxucular deyə bilər.
Doqquz illik müddət ərzində bu saytdan yolu keçən, əməyi olan hər kəsi və diqqətli oxucularımızı təbrik edirəm!

Avropa.info xəbər portalının kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram! O gün olsun portalın 40 yaşını qeyd edək!"

Saat24.Az Coşqun Abdullayev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top