Lənkərandakı nəzir qutularına qənim kəsilən şəxs ƏLƏ KEÇDİ - ANBAAN VİDEO

HADİSƏ 16.05.2022 1628

Lənkəranda ağlasığmaz oğurluq baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə rayonun Tütəpeş kəndində qeydə alınıb. Oğurluğun görüntüləri sosial şəbəkədə paylaşılıb.

Cavan oğlan məscidə girərək əlindəki dəmir vasitəsilə nəzir qutusunun ağzını açmağa çalışıb. Məscidə girən zaman üzü açıq olsa da, sonra üzünü bağlamağa çalışıb. 

Oğurluq isə anbaan məscidin təhlükəsizlik kameralarına düşüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, məscidlərin nəzir qutularını qarət edən Lənkəran sakini saxlanılıb.

“Rayonun Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə” müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini Zülfi Nəzərli olduğu müəyyən edilib. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib”.

Həmin görüntüləri təqdim edirik:

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top