Sürücü pilləkəndən avtomobillə endi - VİDEO

HADİSƏ 13.05.2022 1564

İstanbulda, Küçükçekmecedə sürücü avtobusdan enən piyadaların istifadə etdikləri pilləkənlərdən avtomobillə enib. Bu maraqlı hadisə təhlükəsizlik kameralarına düşüb.

Küçədə avtomobili ilə hərəkətdə olan sürücü küçənin sonuna gəldikdə pilləkənləri görərkən bir az dayanıb və sonra enə biləcəyini düşünərək avtomobillə yoluna davam edib. Bu zaman pilləkənlərlə qalxan bir piyada qarşısında enən avtomobili gördükdə təəccüb içində geri çəkilib.

Avtomobil pilləkənlərdən endikdən sonra səkidə dayanan bir motosikleti görərək maşından enib və ətrafda olan satıcılara etirazını bildirib.

“Bu motosikleti burada niyə saxlamısınız? Mən indi yoluma necə davam edim?” - deyə aqressiya nümayiş etdirib. Satıcılar tərəfindən sakitləşdirilən sürücü avtomobilinə mindirilib və yoluna davam edib.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top