Azərbaycanda qolf meydançasında QƏZA: Üç qadın maşını aşırtdı

HADİSƏ 04.05.2022 1263

Azərbaycanda qolf meydançasında qəza baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən qolf meydançasında istirahət edən Rusiya vətəndaşları Lyubov Seredkina, Larisa Xurasteyeva və Reneta Safarqaliyeva qolf maşınını idarə edərkən nəqliyyat vasitəsini aşırıblar. Nəticədə onların hər üçü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top