Oğuzda baş vermiş qəzada xəsarət alanların kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO

HADİSƏ 04.05.2022 1157

Oğuzda qadın sürücünün törətdiyi qəzada xəsarət alanların kimliyi məlum olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alanlar “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Türkan Akif qızı Həsənli və sərnişin, 1989-cu il təvəllüdlü Emin Zakir oğlu Arzumanlıdır.

Yaralıların hər ikisi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “99-BG-907” dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

19:17

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi 99-BG-907 dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobil idarəetmədən çıxaraq bir neçə metr hündürlükdən yol kənarına aşıb. Nəticədə sürücü və daha bir qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top