Rusiyada qadının üzərinə yanan təkər atdılar - VİDEO

HADİSƏ 25.04.2022 1232

Çelyabinsk vilayətinin Miass şəhərində alov şousu zamanı yanan təkər qadının üzərinə atılıb.

İnsident aprelin 24-nə keçən gecə baş verib.

Naməlum şəxs tərəfindən yaralanan qadın yanıq xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb.

Xanımın qohumu olan Yuliya bildirib ki, günahkar qaçıb və indiyədək onu tapmaq mümkün olmayıb.

“İndi zərərçəkənin vəziyyəti normaldır. Ancaq əllərində 1 və 2-ci dərəcəli yanıqlar var. Adətən şouda təkər peşəkarlar tərəfindən fırladılır. Amma bu dəfə bir nəfər təşkilatçılara yaxınlaşaraq özünü sınamaq istədiyini deyib və ona icazə verilib. Həmin şəxs isə gücünü səhv hesablayaraq səhvə yol verib və təkəri kütlənin üzərinə atıb. Günahkar dərhal qaçıb”, - deyə hadisənin şahidi deyib.

Yuliya əlavə edib ki, Miassda yerli ənənəyə görə hər il Pasxa üçün şinlər xaç şəklində düzülür və yandırılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top