Beş ay əvvəl törədilən qətlin gizlinləri açıldı: Həmkəndlisini heç bir səbəb olmadan öldürüb

HADİSƏ 20.04.2022 649

22.11.2021-ci il tarixdə Göyçay rayonu Bəydövül kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Qılman Mustafayevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü  (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top