Salyanda narkotik “plantasiya”sı salan şəxs saxlanıldı - FOTO

HADİSƏ 18.04.2022 652

Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. 

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top