Zaqatalada arvad ərini bıçaqladı

HADİSƏ 16.04.2022 778

Zaqatalada arvad ərini bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib.

Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı S.Qurbanova kəsici alətlə həyat yoldaşı S.Qurbanovun qoluna xəsarət yetirib.

S.Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top