“Bu vaxta kimi Bakıda nə qədər qocalar, dövlətlilər, rəislər, əyanlar ölüblərsə də, bunların heç birinə böylə mərhəmət olmayıb. Çünki o gedənlər dünyaya gəlib-gediblərsə də, ömürləri bir səyahət, nəticəsiz bir ölüm olub. Lakin bu gün qabağımızda olan mərhum atamız Həsən bəy ölübsə də, amma xeyr, Həsən bəy ölməyib. Həsən bəyin adı illərlə aramızda qalıb həmişə sağ olacaq! Həsən bəyin burada duran bihiss meyiti bizim ürəfamıza, əyanlarımıza ibrət olmalıdır”.
Əslən Dağıstandan olan ictimai xadim M.S.Axundovun H.Zərdabinin dəfn mərasimindəki nitqindən.
“Kaspi”nin əməkdaşı, gürcü əsilli jurnalist Qriqori Cinoridze:
“Mən mərhumla 7 il eyni redaksiya masası arxasında işləmişəm, 7 il onun geniş ictimai fəaliyyətinin şahidi olmuşam. Həsən bəy özü üçün yaşamırdı. O, hər şeyi başqaları üçün edirdi, bütün ömrünü də başqaları üçün işləyərək yaşadı. Mən Həsən bəyin, xüsusən müsəlman cəmiyyəti qarşısındakı bütün xidmətlərini saymaq niyyətində deyiləm və əslində saya da bilmərəm. Müsəlmanlar arasında belə adamlar azdır. Demək olar ki, yoxdur.
Böyük ürək ağrısı ilə Həsən bəyi son mənzilə yola saldığımız və əsəblərimizin bu itkidən hədsiz gərildiyi vaxtda hər şeyi incəliklərinə qədər gözdən keçirməyə, onun xidmətlərini layiqincə qiymətləndirməyə qadir deyilik. Həsən bəyin xidmətləri bəhrəsini verir, əkdiyi fidanlar kök atıb möhkəmlənir.
Onun əsl qiymətini gələcək nəsillər verəcək.
Əlvida, əziz dostumuz Həsən bəy! Sən bu dünyanı tərk etdin, amma bil ki, ürəyin, ruhun həmişə bizimlədir”.
A.Olendski, “Kaspi” qəzetinin əməkdaşı:
“Dünən ürək ağrısı ilə dostumuzu, yoldaşımızı dəfn etdik. Bəs sabah? Doğrudanmı sabah biz onu unudacağıq? Doğrudanmı dünən dostumuzun cənazəsi üzərində dediklərimizin hamısı yalnız kütlə üçün nəzərdə tutulmuş quru sözlər idi?
Mən buna inanmıram! Mən dünən güclü adamların gözlərində yaş gördüm.”...
Əkinçi qəzetinin baş redaktoru İsaməddin Əhmədov