
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçeklə görüşüb.
Saat24.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında bildirib:
"İqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik".