Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Sadə xəbər
CƏMİYYƏT 02.05.2025 3045

Saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə 18 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvan MR-da 28, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top