Milli məclisin deputatı Jalə Əliyeva Milli qəhrəmanın anım günü münasibətilə keçirilən tədbirdə iştirak edib -Foto

Manşet
CƏMİYYƏT 02.05.2025 4121
Milli məclisin bir qrup deputatı Milli qəhrəmanın anım günü məqsədilə ilə keçirilən tədbirdə iştirak edib.
Saat24.Az xəbər verir ki,bu barədə milli məclisin deputatı Jalə Əliyeva rəsmi Facebook səhifəsində paylaşım edib.

Milli Qəhrəman, Qarabağın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həkak olan şəhid Albert Aqarunovun doğum günü münasibətilə "Magen David Azərbaycan" İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin "Doğulmuşam burada, Yaşayıram burada" adlı tədbirdə millət vəkili həmkarlarımızla birlikdə iştirak etdik. Tədbirdə NTV kanalına müsahibə verərək, tədbirin keçirilməsinin əhəmiyyətindən danışdım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağımızın düşmən işğalından azad edilməsi uğrunda, Böyük Zəfərimiz yolunda canından keçən bütün şəhidlərimizi bir daha ehtiramla yad etdim.

Tədbirin təşkilatçıları olan Magen David Azərbaycan İnsan Hüquqlatı müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Selivestova və deputat həmkarım, Azərbaycan-İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, Magen David Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin Fəxri Sədri Anatoliy Rafailova şəhidlərin ruhuna göstərdikləri ehtiram və qədirbilənliyə görə təşəkkür edir, dəvət üçün minnətdarlığımı bildirirəm.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top