Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Sadə xəbər
CƏMİYYƏT 07.04.2025 3386

Aprelin 7-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Müsahibənin vaxtı və məkan haqqında məlumat öncədən SMS vasitəsilə namizədlərə göndərilir.

Müsahibə mərhələsində namizədə ixtisas üzrə açıq və praktik suallar verilir. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsi üzrə işə qəbul müsabiqəsinin test imtahanında iştirak edən 312 namizəddən 139-u müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top