"Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib-Foto

Sadə xəbər
CƏMİYYƏT 17.02.2025 5974
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Gəlmə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
 
Saat24.Az xəbər verir ki,görüşdə çıxış edən RPŞ-nin rəis müavini polis polkovnik-leytenantı Pərviz Hüseynov müasir dövrdə “ağ ölüm” kimi tanınan zərərli maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşı görülən qətiyyətli tədbirlərdən danışıb. Bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə geniş məlumat verən rəis müavini keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıb.
 
Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Cosqun Abdullayev
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top