Paşinyan Koşta ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib

Sadə xəbər
DÜNYA 14.02.2025 2888

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta fevralın 14-də Münhen konfransı çərçivəsində keçirdikləri görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə N.Paşinyan "X" sosial şəbəkə hesabında məlumat verib.

Ermənistan hökumətinin başçısı yazıb: "Münhen konfransının kuluarlarında Aİ Şurasının prezidenti ilə məzmunlu fikir mübadiləsi baş tutdu. Biz son regional hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə fikir mübadiləsi apardıq".

O, həmçinin qeyd edib ki, tərəflər tərəfdaşlığın əsas məsələlərini nəzərdən keçiriblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top