![](https://cdn.saat24.az/uploadedfiles/custom/2025/2/11/1/eb934c70-673d-4aa6-9359-64def12f97a1/hpy1ggzvdnybhla2fo1t0imqeisvcg0zupvwspa3_1200.jpg)
İordaniya və Misir Qəzza zolağındakı fələstinliləri qəbul etməyə razı olmasa, ABŞ hər iki ölkəyə yardımı dayandıra bilər.
Oxu.Az "The Washington Post" qəzetinə istinadla xəbər verir ki, bunu ABŞ-nin dövlət başçısı Donald Tramp deyib.
O vurğulayıb: "Əlbəttə, ola bilər, niyə də yox? Əgər razılaşmasalar, yardımı dayandıracağam".
Xatırladaq ki, ABŞ prezidenti Qəzza zolağının bərpası üzrə planın fələstinlilərin ora qayıtmaları imkanını istisna etdiyini bildirmişdi.