Azərbaycanda yeni milli komanda yaradılır?

Sadə xəbər
idman 08.02.2025 3295

Azərbaycanda yeni milli komandanın yaradılması ilə bağlı qərar qəbul ediləcək.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Federasiyadan saytımıza bildirildiyinə görə, rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində dayanıb.

Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaqlar.

U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə millilərə ötürməkdir.

Federasiyanın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının seçim dairəsi məhdudlaşır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top