Prezident İlham Əliyev "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 iyun tarixli 742 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, qeyd olunan fərmana (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1034 (Cild I) aşağıdakı dəyişikliklər edilir:
- adında və 1-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf" sözləri ilə əvəz edilir.
- 5-ci hissədə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilir.
Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası" yeni redaksiyada verilir.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə QAYDASI ilə bu linkdən tanış olmaq mümkündür.