Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Curiçlə geniş tərkibdə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar və digər aspektlərini müzakirə ediblər.
Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı dəstəkləməkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
C. Bayramov həmkarına Ermənistanla davam edən sülh və normallaşma prosesi, sülh gündəmi qarşısında duran problemlər barədə də məlumat verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində Belqradda Səfirlər Konfransında çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ikili standartlar, beynəlxalq hüququn selektiv tətbiqi də daxil olmaqla ümumi regional çağırışlara toxunub.
Hər iki ölkənin xarici siyasətinə rəhbərlik edən suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsinin əhəmiyyəti vurğulanıb.
C.Bayramov, həmçinin Azərbaycanın Avropanın enerji şaxələndirilməsindəki mühüm rolu, eləcə də Xəzər və Qara dəniz hövzələri vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək gələcək "yaşıl enerji" planları haqqında ətraflı danışıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.