Manşet
Zərdab rayonun bütün küçələrində xüsusi ilə,Heydər Əliyev prospektində geniş abadlıq və yenidənqurma işləri həyata keçirilməyə başlayıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində Respublikamızın bütün bölgələrində olduğu kimi Zərdabda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin prospektləri və küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri rayonu tamamilə yeni, müasir görkəm verir. Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin bir çox küçə, prospekt və məhəllədaxili yollarında təmir-bərpa işləri aparılır və yeni asfalt örtüyü salınır.
Zərdab rayonun bir çox küçələrində geniş abadlıq quruculuq işləri artıq başlayıb. Belə ki, prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində tamet daşlarından ibarət örtüyünün üst qatında aşınmalar meydana gəlmişdir. Buna görə də aşınma qatının yenilənməsinə ehtiyac yaranıb.Ərazidə köhnə, istismara tam yarasız vəziyyətdə olan tamet və beton səki daşları sökülərək yenilənir.
Bunlarla yanaşı şəhərdə digər küçələrin abadlaşdırılması və yenidənqurulması işlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov görülən işlərlə tanış olub, aidiyyəti üzrə əlaqədar şəxslərə tapşırıq və tövsiyələrini verir.
Zərdab rayonunda həyata keçirilən quruculuq işləri sakinlərin razılığına səbəb olur. Sakinlər aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Saat24.Az Coşqun Abdullayev