Pərvin Kazımov rəis vəzifəsindən azad edildi

Sadə xəbər
GÜNDƏM 02.12.2024 4079
 
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin işdən azad olunan rəisi başqa işə keçəcəyini bildirib.
 
Saat24.Az Bakues.az-a istinadən xəbər verir ki, Adil Kərimlinin əmri ilə işdən azad edilən Pərvin Kazımov hansı sahəyə keçəcəyini dəqiqləşdirməyib.
 
"Başqa işə getməliyəm. Bu gün işdən azad edilməyimlə bağlı əmri aldım. Hələ ki mədəniyyət, yoxsa digər sahədə işləyəcəyimi bilmirəm. Amma onu deyə bilərəm ki, yeni işə keçəcəyəm", - deyə P.Kazımov bildirib.
 
Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, Pərvin Kazımov sözügedən vəzifəyə cari ilin mart ayında təyin olunub.
 
14:48
 
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib.
 
APA-nın məlumatına görə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov tutduğu vəzifədən azad edilib.
 
Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top