Rusiya səfiri Azərbaycan-Ermənistan sülhündən danışdı

Manşet
SİYASƏT 25.11.2024 2972

Rusiya Ermənistanla Azərbaycan arasında mümkün qədər tez sabit sülhün bərqərar olmasında maraqlıdır.

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “İzvestiya”ya müsahibəsində bildirib.

"İstənilən sülh sazişinin hazırlanması çətin və çox məsuliyyətli prosesdir. Moskva Ermənistanla Azərbaycan arasında sabit sülhün tezliklə bərqərar olmasında maraqlıdır. Biz Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlərə uyğun olaraq, ikitərəfli münasibətlərin tənzimlənməsində erməni və azərbaycanlı tərəfdaşlarımızı dəstəkləməyə hər zaman hazırdır. Belə yardımın formaları və həcmini danışıqlar aparan tərəflər seçməlidir", - Kopirkin deyib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top