Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb

Manşet
CƏMİYYƏT 04.11.2024 3685
 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Saat24.Az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.
 
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top