Jalə Əliyevadan ABŞ konqresmenlərinə tutarlı CAVAB

Sadə xəbər
SİYASƏT 06.10.2024 3490
 

"Azərbaycan xalqı məhz Pezident İlham Əliyevin dəmir yumruğu, dəmir iradəsi ilə Böyük Zəfər qazandı. Tarixi torpaqlarımız işğaldan azad edildi,  bütövlüyümüz və suverenliyimiz təmin edildi".

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağı tamamilə separatçılardan təmizlədi:

"Bu böyük zəfərin ünvanı, müəllifi, təminatçısı xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu Zəfər bölgədə sülhün və sabitliyin təmininə gedən yolda yeni və möhkəm bir cığır açdı. Azərbaycan dünyaya öz varlığını, gücünü bir daha nümayiş etdirdi. Bütün dünya ölkəmizin siyasi iradəsini və ədalət prinsiplərini bir daha gördü. 

İndi ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha əvvəlki illərdəki kimi, böyük bir sürətlə qurulur, inkişaf edir. Ölkəmizin nüfuzu hər ötən gün daha da artır. Azərbaycan bölgənin söz sahibi, iradəsilə hesablaşılan güclü lider bir ölkəsinə çevrilir. Elə bu faktın özü də ölkəmizə dostlar qazandırmaq bərabər, bədxahlarımızın da sayını artırır".

Millət vəkili diqqətə çatdırıb ki, cəmi bir aydan sonra Azərbaycan COP29-a ev sahibliyi edəcək:

"Bu əhəmiyyətli tədbirin keçiriləcəyi məkan olaraq Azərbaycanın seçilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə  inamını və etimadını bir daha sübut edir. Lakin təəssüflər olsun ki, bəzi Qərb qüvvələri, xüsusilə ABŞ Konqresinin bəzi üzvləri bu danılmaz faktı görmək və qəbul etmək istəməyərək, ölkəmizə təzyiq metodlarını davam etdirməyə cəhd göstərirlər.

Prezident İlham Əliyevin ötən gün Cəbrayıl rayonunda çıxışı zamanı da vurğuladığı kimi, heç bir əsası olmayan bu təzyiqlər, irəli sürülən arqumentlər Azərbaycan xalqının və dövlətinin iradəsi qarşısında çox gücsüz və zəifdir. Azərbaycanın həm ölkədə, həm də bölgədə ədalət və sabitliyi təmin etmək yolundakı qətiyyətli mövqeyi dəyişməz olaraq qalacaq. Bölgədə süni olaraq yeni münaqişə ocaqları yaratmaq əzmində olan, siyasətini ikili standartlar üzərində quran qüvvələr Azərbaycanın Dəmir İradəsini, Dəmir Yumruğunu bükə bilməyəcəkdir". 

Jalə Əliyeva qeyd edib ki, ABŞ Konqresinin bu son addımı beynəlxalq hüquqa daban-dabana zidd olan, pozucu fəaliyyətdir:

"Azərbaycan xalqı ölkəsinə qarşı çevrilən hər hansı təxribatla   mübarizədə daim dövlətinin yanındadır və ədalət hər zaman qalib gələcək.

Milli Məclisin bir qrup deputatının Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu və bu kimi hallara qarşı ciddi tədbirlər görülməsi üçün etdiyi müraciətdə də bildirildiyi kimi, Azərbaycan heç vaxt təzyiqlərə boyun əyməyib və xalqımıza qarşı yönəlmiş haqsızlıqlara həmişə layiqli cavab verib. 

Azərbaycan xalqının iradəsi sarsılmazdır. Bir daha qeyd etməyi özümə borc bilirəm ki, ölkəmizin suverenliyini və sabitliyini təhdid edən bütün qüvvələrə qarşı mübarizədə daim Dövlətimizin və Prezidentimizin yanındayıq!". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top