Hacıqabulda 1 kq-a yaxın heroin dövriyyədən çıxarılıb

Sadə xəbər
Kriminal 01.10.2024 3341

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan İsmayılov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 1 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top