Şəmkirdə "KamAz" dərəyə aşdı

Sadə xəbər
HADİSƏ 11.09.2024 3076

Şəmkirdə yük maşını dərəyə aşıb.

"Saat24.az"ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Yasamal adlanan ərazisində sərt döngədə qeydə alınıb. Gədəbəy rayon  sakini idarəetdiyi "Kamaz" markalı yük maşını hərəkətdə olan zaman idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı sürücü 1989-cü il təvəllüdlü R. və onun sərnişini 1986-cı il təvəllüdlü O.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top