Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları

Sadə xəbər
idman 03.09.2024 2216

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

"Saat24.az" xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Desiree Qrundbaxerin yardımçıları Mattias Sbrissa və Quillaume Maire olacaq. Dördüncü hakim funksiyasını isə Anojen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 6-da, Bakı vaxtı ilə saat 21:30-da Eş-syur Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top