Sadə xəbər
Bu həftə növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başa çatır.
"Saat24.az" xəbər verir ki, avqustun 9-da başlayan proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Təşviqat üçün ölkə üzrə 3259 açıq, 1854 qapalı yer ayrılıb.
Qeyd ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.