Psixiatriya Xəstəxanasında pasiyent döyülüb - DİN-dən AÇIQLAMA

Sadə xəbər
HADİSƏ 16.08.2024 2970

1 saylı Maştağa Psixiatriya Xəstəxanasında pasiyentin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyindən "Saat24..az"a bildirilib ki, sözügedən tibb müəssisəsində müalicə alan şəxsin xəsarətləri ilə bağlı araşdırmalar davam etdirilir.

“Ona həmin tibb müəssisəsindəki digər ruhi-əsəb xəstəsi tərəfindən xəsarət yetirilməsi müəyyən edilib. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”, - açıqlamada vurğulanır.

Qeyd edək ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edirdi.

XƏBƏR LENTİ
13.09.2024 3652

DİGƏR XƏBƏRLƏR

Loading
Top