Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Sadə xəbər
CƏMİYYƏT 02.08.2024 3541

3 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə "Saat24.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Agentlik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top