Sadə xəbər
Zərdab rayonunda 2 iyul Azərbaycan Polisi işçilərinin peşə bayramı qeyd olunub.
Saat24.Az xəbər verir ki, tədbirdə Zərdab rayon İcra hakimiyyətinin Başçısı Mərdan Camalov, Zərdab rayon Prokuroru,Zaur Əliyev,Zərdab Rayon Məhkəməsinin hakimi İlqar Həsənquliyev, DTX- nin Zərdab rayon Şöbəsinin rəisi Coşqun Qurbanov,mayor Məhəmməd Atakişiyev iştirak edib.Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül - çiçək dəstələri düzməklə,xatirəsini ehtiramla yad etmişlər. Daha sonra RPŞ -nin akt zalında tədbir davam etdirilib. İlk öncə Azərbaycan bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .Tədbirin davamı olaraq çıxış üçün söz Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalova verilib. O, Azərbaycan polisinin keçdiyi şərəfli həyat yolundan danışmış, şəxsi heyətə öz təbrikini çatdırmışdır.Qeyd olunmuşdur ki,rayon polis şöbəsinin əməkdaşları da qanunlara, xalqa, vətənə, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirmiş,ictimai asayışın vətəndaşların hüquq və azadlıqlarının qorunmasında əzmlə çalışmışlar. Tədbirin sonunda nümunəvi xidmət ilə fərqlənən rayon Polis şöbəsinin əməkdaşlarına,Rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar və pul mükafatları təqdim olunmuşdur.
Saat24.Az Coşqun Abdullayev