İnsult keçirən jurnalist vəfat etdi

Sadə xəbər
HADİSƏ 17.06.2024 2723

Baku TV-nin əməkdaşı, jurnalist Sərxan Kamallı vəfat edib.

"Saat24.az" xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.

Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.

TƏBİB-dən bildirilib ki, 1983-cü il təvəllüdlü S.Kamallı 16.06.2024-cü il tarixində saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024-cü il saat 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top