Yaponiya bu ölkələrə sanksiya tətbiq edəcək

Sadə xəbər
CƏMİYYƏT 14.06.2024 3026

Yaponiya hakimiyyəti Çin, BƏƏ, Özbəkistan, Qazaxıstan və Hindistandan olan bir sıra şirkətlərə anti-Rusiya sanksiyalarından yayındıqları üçün məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

"Saat24.az" xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.

"Bu sanksiyalar konkret ölkələrə yönəlməyib, biz onları sanksiyalardan yayınmada iştirak edən ayrı-ayrı şirkətlərə qarşı tədbirlər kimi görürük”, - rəsmi Tokioda mətbuat konfransında çıxışı zamanı izah edib.

Hayaşinin sözlərinə görə, Yaponiya hökuməti hazırda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını əlaqələndirir və tezliklə detalları dərc edəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top