![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/6/10/1/f2b35b89-a681-41f1-a73b-6a4fe81322f9/17179924221092556.jpg)
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Saat24.az" xəbər verir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.. Belə ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Əhməd Muxtar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.