"Real" Modriçlə yeni müqavilə imzaladı

Sadə xəbər
idman 06.06.2024 3133

"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

"Saat24.az" insayder Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik uzadılıb. Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, 2023/24 mövsümündə bütün yarışlarda 46 matçda iştirak edib, 2 qol vurub və 8 qolun ötürməsini verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top