Neftçalada narkokuryer saxlanıldı

Sadə xəbər
HADİSƏ 21.05.2024 3358

Neftçalada narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Qəbələ rayon sakini Dəyanət Mirzəyev saxlanılıb.

Ondan 1 kiloqramdan artıq tiryək və heroin aşkarlanıb. Araşdırmalarla zamanı D.Mirzəyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top