![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/5/18/1/f5fd2eef-1a37-4a50-a387-1ce9f26b378f/2017-07-05-20-19-19futbol_gol_top.jpg)
Premyer Liqada 35-ci turun oyunları davam edir.
"Saat24.az" xəbər verir ki, bu gün 3 matç keçiriləcək.
Avrokuboklar uğrunda mübarizə aparan 2-ci pillədəki "Sumqayıt" 5-ci yerdəki "Sabah"la qarşılaşacaq. 3-cü sırada yer alan "Neftçi" isə 7-ci pillədəki "Səbail"in qonağı olacaq. 4-cü pillədəki "Zirə" səfərdə turnir cədvəlində 8-ci olan "Kəpəz"lə üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.
18 may
17:00 "Sabah" – "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Bank Respublika Arena”
17:00 "Səbail" – "Neftçi"
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
“ASCO Arena”
17:00 "Kəpəz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Tovuz şəhər stadionu