Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

CƏMİYYƏT 02.05.2024 2398

Cənubi Koreya səlahiyyətliləri ilk COVID-19 hadisəsi təsdiqləndikdən sonra ölkədə dörd ildən çox müddət ərzində tətbiq olunan son karantin məhdudiyyətlərini ləğv edib. 

"Saat24.az" xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilir ki, ötən gün ölkə "COVID-19 ilə bağlı böhran səviyyəsini" ən aşağı səviyyəsinə - "narahatlıq" səviyyəsinə endirib, bununla da C.Koreya pandemiyadan əvvəlki normal vəziyyətinə tam qayıdıb. 

Bundan sonra Cənubi Koreyada tibb müəssisələrində maska ​​taxmaq lazım deyil və koronavirus üçün testdən keçmək tövsiyəyə çevrilib. 

Həmçinin, hökumət artıq COVID-19 testi və ya xəstəxanaya yerləşdirmə xərclərini tam ödəməyəcək və xəstələr antiviral həbləri özləri ödəməli olacaqlar.

Pulsuz peyvənd proqramı 2023-2024-cü il mövsümünə qədər mövcud olacaq. Qeyd olunur ki, hakimiyyət bu qərarın ölkədə ilk koronavirus hadisəsini 2020-ci il yanvarın 20-də elan etməsindən dörd ildən çox vaxt keçdikdən sonra verilib.

XƏBƏR LENTİ
17.06.2024 2875

DİGƏR XƏBƏRLƏR

Loading
Top