Lənkəranda evlərdən telefon oğurlayan şəxs saxlanıldı

HADİSƏ 01.05.2024 3048

Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən iki ədəd "iPhone" markalı mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Saat24.az"a verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Abdulla Abdullayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Əlavə araşdırmalarla onun Lənkəran şəhəri ərazisində yerləşən digər bir evdən də "Samsung" markalı mobil telefon oğurladığı müəyyən edilib.

Araşdırma aparılır.

XƏBƏR LENTİ
17.06.2024 2897

DİGƏR XƏBƏRLƏR

Loading
Top