Donetskdə ağır yaralanan azərbaycanlı vəkil hələ də mühasirədə qalıb

HADİSƏ 30.04.2024 2269

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə iştirak edən əslən azərbaycanlı vəkil Elman Paşayev ağır yaralanıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Vəkilin köməkçisi bildirib ki, Elman və onun digər döyüş yoldaşları Donetskin Uqledar bölgəsində Ukrayna hərbçiləri tərəfindən mühasirəyə alınıblar. Onları müharisədən çıxarmaq hələ də mümkün olmayıb. 

Xatırladaq ki, Elman Məhərrəm oğlu Paşayev 1971-ci ildə Qərbi Azərbaycanda anadan olub. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra jurnalist, sonra Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı olub. 

O, rusiyalı aktyor Mixail Yefremovun işində iştirakı nəticəsində tanınıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top