Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

CƏMİYYƏT 20.04.2024 2911
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib və "Azərbaycan Texniki Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan Texniki Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.
XƏBƏR LENTİ
18.05.2024 3216

DİGƏR XƏBƏRLƏR

Loading
Top