Hesablama Palatası Qarabağ iqtisadi rayonunda yoxlamalar aparıb

İQTİSADİYYAT 08.04.2024 2204

2023-cü ildə biz keçmiş Qarabağ iqtisadi rayonunda nəzarət təbiri həyata keçirmişik.

"Saat24.az" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri deyib ki, keçmiş Qarabağ iqtisadi rayonunda keçirilmiş yoxlamada verdikləri təkliflərə bu il də nəzarət olunacaq: "Ötən il keçmiş Qarabağ iqtisadi rayonunda yoxlamalar aparmışıq. Qarabağ iqtisadi rayonunda büdcədən 2023-cü ildə və 2024-cü ildə azad edilmiş ərazilərimizə sərf edilən vəsaitlərin istifadə vəziyyəti audit olunması nəzərdə tutulur. Azad edilmiş ərazilərdə yoxlamalar aparmaq üçün həmin işlərin icrası tamamlanmalıdır. İcrası bitməmiş layihələrdə nəzarət tədbirləri çox da effekt vermir. Cari ildə də Qarabağ iqtisadi rayonunda nəzarət tədbirləri davam etdiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top