Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Manşet
GÜNDƏM 02.04.2024 3071

Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

"Saat24.az" bildirir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top