Goranboyda ferma yandırıldı, 230 heyvan tələf oldu - Saxlanılanlar var

Sadə xəbər
HADİSƏ 21.03.2024 2687
Goranboyda yerləşən fermalardan birini qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

"Saat24.az" bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.//Qaynarinfo

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.





XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top