Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlandı

Sadə xəbər
HADİSƏ 02.03.2024 3076

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıb.

Bu barədə "Saat24.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 1-də Xankəndi şəhəri ərazisində 15 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd pulemyot, 1 tapança, 2 tüfəng, 22 ədəd qumbara, 12 alışdırıcı, 46 patron darağı, 1655 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top